14 Noyabr 2016 17:50
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi ilə birləşib ərini qətlə yetirməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Lalə Mahmudovanın 19 il, Sədi Məmmədovun isə 20 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses noyabrın 17-də davam edəcək.

Qətl ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. İtkin düşən Kamran Mahmudovun 5 gün sonra öldürüldüyü müəyyən edilib. Cinayəti mərhumun həyat yoldaşı Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun törətdilyi aşkara çıxıb. Hər 2 şəxs saxlanıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında Sədi Məmmədov Lalə Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

Lalə Mahmudova ilə əvvəlcədən plan quran Sədi Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış Kamran Mahmudovun baş nahiyəsindən 3 atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla Sədi Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

Lalə Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər