15 Noyabr 2016 17:51
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ziyafət Mənəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu ilin aprel ayında Pirallahı qəsəbəsində qeydə alınıb.

Ziyafət Mənəfov dostu Ramin Əhmədovla kafedə yeyib-içdikdən sonra kirayə qaldıqları evə qayıdıblar. Burada onlar arasında mübahisə baş verib, Ziyafət Mənəfov Ramin Əhmədovun başına şüşə butulka ilə zərbə endirib, sonra evdə olan ov tüfəngi ilə ona atəş açıb. Lakin açılan atəşdən heç biri Ramin Əhmədova dəyməyib. O, hadisə yerinə polis çağırıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 15 il həbs cəzası verilməsini istəyib.

Zərərçəkmiş şəxs Ramin Əhmədov isə şikayətçi olmadığı haqda məhkəməyə ərizə ilə müraciət edib.

Ziyafət Mənəfovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər