22 Noyabr 2016 11:27
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nilufər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi prosesdə hökm oxunub.

Nilufər Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il mayın 5-də Bakı şəhər sakini Atlıxan Məhərrəmlinin mənzilindən 40.000 manat pul oğurlanıb. Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, ev sahibinin qohumu Nilufər Əhmədov tutulub.

Atlıxan Məhərrəmlinin Nilufər Əhmədovun dayısı olduğu məlum olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər