25 Noyabr 2016 18:00
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nofəl Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nofəl Qafarov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Nofəl Qafarov Bakı sakinləri Sədəbxanım Əliyeva, Elşən Rəhimov və Natiq Qurbanovun etibarından sui-istifadə edərək, onlara qarşı 61 min 352 manat məbləğində dələduzluq edib.

Belə ki, o, Bakıdakı tikinti şirkətlərindən birinə məxsus bir neçə mənzili zərərçəkmişlərə satacağını deyib, lakin pulu aldıqdan sonra vədinə əməl etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər