Daxili İşlər Nazirliyinin əməkdaşları narkotiklərlə bağlı əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Qəfərov və Famil Piriyev Kürdəmir rayonu ərazisində 101 qram heroini satarkən yaxalanıblar.
Famil Piriyev polis əməkdaşlarına tabeçilik göstərməyərək özünə məxsus “Opel” markalı avtomobildə hadisə yerini tərk edib. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avtomobil Hacıqabul rayonu ərazisində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov