Masallı rayonunda silahla ehtiyatsız davranış nəticəsində xəsarət alan olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xıl kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Rəmzi Ağayev ov tüfəngi ilə ehtiyatsız davrandığından atəş açılıb və o, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Masallı rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.
Hacı Zeynalov