1 Yanvar 2017 22:35
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 23 yaşlı oğlan intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ümid Kərimov intihar etmək məqsədilə şüşə parçası ilə damarlarını doğrayıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Ümid Kərimov hadisədən əvvəl “Facebook”da tanış olduğu qızla telefonda mübahisə edib. O, tanış olduğu qızı görüşə çağırıb, amma qız görüş yerinə gəlməyib.

Buna əsəsbləşən Ümid Kərimov intihar etmək üçün damarlarını doğrayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər