5 Yanvar 2017 15:47
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhərində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Elvin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı ilin avqustun 15-də Naxçıvan şəhərində kirayədə yaşayan Elvin Yusifov münaqişə zəminində arvadı Minurə Yusifovanı boğaraq qətlə yetirib.

O, cinayəti törədəndən sonra könüllü polis idarəsinə gələrək istintaqa təslim olub.

Elvin Yusifov hadisəni ailə münaqişəsi zəminində törətdiyini bildirib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Cinayət işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hakim Səxavət Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Elvin Yusifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər