Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycana gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı adı çəkilən vətəndaşın ayaqqabısından 2 bükümdə ümumi xalis çəkisi 14,277 qram olan metamfetamin, 1 bükümdə isə 65 həb şəklində metadon aşkar edilib.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.
Bundan başqa, İran vətəndaşının corabından 1, daxili orqanından (düz bağırsağından) isə 3 bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İlhamə ƏBÜLFƏT