8 İyul 2014 10:33
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda meyit tapılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, meyit rayonun Şərifzadə küçəsində aşkar olunub. Dərhal hadisə yerinə rayon prokurorluğu və polis idarəsinin əməkdaşları gəlib.

Araşdırmalar zamanı ölən şəxsin Fərid Əliyev olması müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: