Bakının Suraxanı rayonunda əməliyyat keçirilib. Teleqraf.com xəbər verir ki, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları keçirib.
Əməliyyat zamanı Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb.
Əməliyyat zamanı Kamil Mürsəliyev və Samir Vəliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başalanıb.
Hacı Zeynalov