Nəsimi rayonu ərazisində böyük ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə “Moskva” ticarət mərkəzində qeydə alınıb.
Bakı şəhər sakini Məzahim Məsimova məxsus emalatxanadan 100 qram qızıl oğurlanıb. Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi və Nəsimi rayon mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Urşan Zeynalov saxlanılıb.
Hacı Zeynalov