24 Yanvar 2017 18:21
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natavan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin müdafiəçilərinin cinayət işinə xitam verilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı qaldırdıqları vəsatətlər təmin olunmayıb.

Təqsirləndirilən Samir Əliyev keçmiş həyat yoldaşını qətlə yetirmədiyini, ibtidai istintaqın qərəzli aparıldığını deyib.

Dövlət ittihamçısının məhkəmə baxışının qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin edilib. Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı - Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl – iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

Samir Əliyevin polis əməkdaşı olduğu bildirilir.

Samir Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər