Bakıda mənzildə 66 yaşlı kişinin cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1951-ci il təvəllüdlü Səfərov Rəşid Hüseyin oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 22:06-da başa çatıb.