Sumqayıt şəhərində oğru dəstəsinin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməliyyatı nəticəsində Nurlan Əbilov, Vadim Məmmədov və Nicat Heydərov həbs edilib.
Onların yanvarın 11-dən 22-dək 5 avtomobildən akkumulyator oğurlamaları və şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə satmaları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov