Abşeron rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Taleh Şahbazov, Qazax rayon sakini Sənan Məmmədov və Xocavənd rayon sakini Kamil Quliyev tutulublar.
Mütəşəkkil dəstənin üzvləri Abşeron rayon ərazisindəki evlərdən birindən 4000 manat dəyərində məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli biliniblər.
Əməliyyat tədbirləri ilə onların daha bir evdən və bir mağazadan təmir-tikinti alətləri və generator oğurlamaları da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov