1 Fevral 2017 21:39
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Şərqiyyə Məşədiyeva bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Onun həyat yoldaşı Əli Məşədiyev tərəfindən bıçaqlandığı məlum olub. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Əli Məşədiyev Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: