Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.
Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Firudin Hüseynov tənha yaşadığı evdə naməlum şəraitdə öldürülüb.
Hazırda cinayəti törədən şəxs və ya şəxslərin tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov