8 Fevral 2017 16:24
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının üç rayonunda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyatlardan biri Xətai rayonunda olub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Ayət Orucov və Pünhan Dostəliyev həbs ediliblər. Ayət Orucovdan 6,415 qram, Pünhan Dostəliyevin “Mercedes” markalı avtomobilindən isə 450 qram marixuana aşkar edilib.


Daha bir əməliyyatı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi keçirib. Bakı şəhər sakini Yaşar Mövsümov həbs edilib. Ondan 3 kiloqram 345 qram marixuana tapılıb.

Oxşar əməliyyatı Nəsimi rayon Polis İdarəsi də keçirib. Qazax rayon sakini Taryel Ozbetaşvilidən 530 qram heroin götürülüb. O, əvvəllərdə məhkum olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər