9 Fevral 2017 12:01
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sınıq Körpü" Gömrük Postunda gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" Gömrük Postunda Gürcüstandan Azərbaycana minik maşını ilə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb və ona idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilib.

Həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunası hər hansı predmet olmadığını bildirib. Avtomobilə keçirilən gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən, xüsusi düzəldilmiş gizli-saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 40 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: