“Əvvəlki illərlə müqayisədə 2016-cı il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib. Ali Məhkəməyə daxil olan işlərin sayı 25,7 faiz artıb, baxılan işlərin keyfiyyəti yaxşılaşıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirilən Plenumda bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, Ali Məhkəmədə 2015-ci ildə 9404 işə baxılıb, 2016-cı ildə bu rəqəm 10 530 olub, yəni işlərin sayı 12 faiz artıb: “Baxılan işlərin sayının artmasına baxmayaraq ləğv olunan məhkəmə qərarlarının sayında 1,5 faiz azalma müşahidə olunur.
Baxılan işlərdə Mülki kollegiyada 10,4 faiz, İnzibati-iqtisadi kollegiyada 28,8 faiz, cinayət kollegiyasında 1,6 faiz artma müşahidə olunub. Hərbi kollegiyada isə baxılan işlərin sayı 9,6 faiz azalıb”.
Hacı Zeynalov