Bakının Xəzər rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Binə qəsəbəsi, 3-cü südçülük sovxozunda yaşayan 28 yaşlı Gülnar Əliyeva, onun övladları - 9 yaşlı Xədicə Əliyeva və 8 yaşlı Məleykə Əliyeva dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər. Ailənin hər üç üzvünə tibbi yardım göstərilib.
Hacı Zeynalov