11 Fevral 2017 14:50
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda peşə liseyində baş verən tüstülənmədən 4 nəfər zəhərlənib.

Teleqraf.com xəbər verir ki, fevralın 10-u saat 13 radələrində Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyinin dəhlizindəki elektrik qutusunda qısaqapanmadan tüstülənmə baş verib.

Orada yaşayan Qubadlı rayon sakinləri Elman Yusifov, həyat yoldaşı Elmira, qonşuları Əli Abdullyev və Afaq Yusifova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər