Bakının Suraxanı rayonunda yaşıllaşdırma idarəsinin torpaq sahələrindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri İlham Mustafayevə, Vidadi Nuriyevə və Yaşıllaşdırma və Tingçilik İdarəsinə məxsus topaq sahələrindən 420 ədəd zeytun tingi oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Rövşən Mehdiyev və İlham Vəliyev tutulublar.
Hacı Zeynalov