Bakının Qaradağ rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər saxlanılıb.
Saxlanılan şəxslər Səngəçal qəsəbəsi ərazisindəki daş karxanalarından birindən mühərrik və mis naqillər oğurlamaqda şübhəli bilinirlər.
Mütəşəkkil dəstənin üzvlərinin hamısı Hacıqabul rayon sakinləridir. İstintaq sirri olduğu üçün dəstə üzvlərinin adları açıqlanmır.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov