14 Fevral 2017 12:14
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar "Neftçi"nin qapısını qorumuş serbiyalı qapıçı Vladimir Miçoviç və fəaliyyətini dayandırmış "Abşeron" klubunun prezidenti Yaşar Rüstəmov Serbiyada kafelərin birində hücuma məruz qalıb.

Kafelərin birində əyləşən Miçoviçlə Rüstəmov tanımadıqları şəxslərlə mübahisə ediblər. Məlumatı "1news.az" yayıb.

Mübahisə qızışandan sonra qarşı tərəfdə yer alanlardan biri tapança çıxarıb və Rüstəmovu ayağından yararlayıb, Miçoviç isə başından zərbələr alıb. Polis hadisəylə bağlı təhqiqat aparır.

Miçoviç hadisəni təsdiqləyib və əlavə edib ki, hazırda özünü yaxşı hiss edir.


Müəllif:

Oxşar xəbərlər