15 Fevral 2017 09:58
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun “NZS” qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Kafedə yeyib-içən 1985-ci il təvəllüdlü Cəlal Hüseynov daha sonra naməlum şəxslə mübahisə edib. mübahisə zamanı naməlum şəxs Cəlal Hüseynova bıçaqla xəsarət yetirib.

Yaralı 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Cəlal Hüseynovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Hazırda polis əməkdaşları Cəlal Hüseynovu bıçaqlayan şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: