Samux rayonunda oğurluqla məşğul olan şəxslər həbs edilib.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabr ayından cari ilin fevralın 12-dək olan müddətdə Samux rayon Suvarma Sistemləri İdarəsinə məxsus Nəbiağalı və Aznix qəsəbələri, habelə Sarıqamış, Hacalı, Sərkar, Lək, Alıuşağı və Qaraarx kəndləri ərazilərində yerləşən 7 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqillərin 920 metrlik hissəsi kəsilərək oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb.
Samux rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Füzuli kənd sakinləri Həsrət Qənbərli və Tehran Əsgərov tutulublar.
Hacı Zeynalov