18 Fevral 2017 09:03
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:06-da başa çatıb.

Kəmalə


Müəllif: