Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Teleqraf.com Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, idarənin "Sınıq Körpü" gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd "Comet" adlı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.