Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Həsən Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Həsən Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin oktyabrında Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, Həsən Abdullayev sözügedən kollecdə fəhlə işləyib və çalışdığı dövr ərzində kollecin saxlanc yerinin açarlarını əldə edib.
Bundan sonra o, saxlanc yerindən müxtəlif vaxtlarda oğurluq edib. Oğurladığı noutbuk və digər kompüter avadanlığı Bakının müxtəlif ticarət mərkəzlərində satıb.
Hacı Zeynalov