Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, 1948-ci il təvəllüdlü Cahangir Hüseynov intihar etmək məqsədilə sirkə turşusu içərək ölüb.
Daha bir intihar hadisəsi Masallı rayonunda baş verib. Hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.1957-ci il təvəllüdlü Şəmsəddin Vəliyev özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan kəndirlə asaraq ölüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov