Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 10-na təyin edilib.
Elşən Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elşən Mustafaoğlu apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Hacı Zeynalov