25 Fevral 2017 14:14
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən Babək rayon sakini, 24 yaşlı Yasin Qəribov həbs edilib.

Yasin Qəribovdan 3 kiloqram 326,96 qram marixuana götürülüb.

İstintaqa ifadə verən Yasin Qəribov deyib ki, əvvəllər Türkiyə Respublikasında məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, 5 ay öncə Azərbaycana gəlib.

Şübhəli şəxs qeyd edib ki, narkotik vasitəni Gəncə şəhərində körpünün altından tapıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: