26 Fevral 2017 00:59
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metropolitenində cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, metronun “28 May” stansiyasının platformasında Bakı şəhər sakini Ülkər Rzayevanın içərisində 850 manat olan pul kisəsi çantasından oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vaqif Qasımov Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: