26 Fevral 2017 13:57
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yaşayış evinə basqın edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.

Evə girən naməlum şəxslər Nazim Məmmədovu və həyat yoldaşı Pərvanəni bıçaqla hədələyiblər. Onlar evdə olan 90 manatı pul və noutbuku götürərək gediblər.

Nazim Məmmədov evinə edilən basqınla bağlı Masallı rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, evinə girən şəxslərin üzlərində maska olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxslərin yeri müəyyən edilib. Onların paytaxtın Suraxanı rayonunda evlərdən birində kirayə yaşamaları, həmçinin paytaxtda tikililərdə fəhlə işləmələri müəyyən edilib.

Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Masallı rayon polis şöbəsi və Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şünhəli bilinən Masallı rayon sakinləri - Əli Quliyev, Vüsal Şükürov və Ramil Əsədov paytaxtın Suraxanı rayonu ərazisində tutulub. Dəstənin daha 1 üzvü isə müəyyən edilib.

Məlum olub ki, Vüsal Şükürov və Ramal Əsədov əvvəllər məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər