Bakının Binəqədi rayonunda silahlı şəxsin həbs edilməsi istiqamətində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini Vüqar Məmmədov həbs edilib.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Vüqar Məmmədovun əvvəllər də məhkum olunduğu bildirilir.
Hacı Zeynalov