27 Fevral 2017 16:16
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mehman Məmmədov ifadə verib.

O, ibtidai istintaqa ifadəsini təsdiq etməyib və günahsız olduğunu deyib. Proses martın 6-da davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri gəlməyib.

Bu səbəbdən hakim prosesin keçirilməsinin mümkün olmadığını bildirib. Hakim prosesdə iştirak etməyən vəkillərin barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına müraciət ediləcəyini deyib: "Vəkillər məhkəməyə hörmətsizlik edurlər".

Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər