28 Fevral 2017 15:57
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qətl baş verib.

Teleqraf.com xəbər verir ki, Hövsan qəsəbəsnin sakini, 54 yaşlı Anjelika Morozova naməlum şəraitdə qətlə yetirilib.

Tənha yaşayan Anjelika Morozova yaxınlarının telefon zənglərinə cavab vermədikdə polisə müraciət edilib. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb.

Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən edilib.

Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: