3 Mart 2017 12:01
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliiyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Hakim təqsirləndirilən Vidadi Zeynalov və digər şəxslərin şübhəli şəxs qismində saxlanma qərarları,
sonra işdə olan digər sənədləri elan edib.

Hakim qeyd edib ki, bu günkü prosesdə 100 cilddə olan sənədlər elan edilib. Onun sözlərinə görə, tədqiq olunmayan110 cild qalıb. Hakimin sözlərinə görə, həmin sənədləri elan edəndın sonra digər məsələlər araşdırlacaq.

Proses martın 10-da davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər