Azərbaycanlı qadınları Türkiyədə satmaqda şübhəli bilinən Şirvan sakını məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Türkan Əliyeva həbs edilib.
20 yaşlı Türkan Əliyeva iki ilə yaxındır insan alveri ilə məşğul olur. İlk dəfə Türkiyədə cinsi istismara məruz qalan Şirvan sakini sonradan özü azərbaycanlı qadınları Türkiyədə aparmaq qərarına gəlib.
O, Şirvan və ətraf rayonlardan olan qadınları iş qurmaq, xidmətçi işinə düzəltməyi vəd edərək, İstanbul şəhərinə aparıb.
Orada həmin qadınların ümumvətəndaşlıq sənədlərini əlindən alaraq, onları fahişəliyə məcbur edib.
Bildirilir ki, Türkan Əliyeva azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaq üçün mütəşəkkil dəstə yaradıb və özü də həmin dəstəyə rəhbərlik edib.
Faktla bağlı araşdırma davam etdirilir.
Hacı Zeynalov