Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un məlumatına görə, hakim Əlovsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Pərviz Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il azadlıqdan məhrum edilib.
İttihama görə, Pərviz Hüseynov paytaxtda 2000-ci ildə 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək Bakı şəhər sakinini öldürməyə cəhd edib. Daha sonra onlar şəhər sakinlərinə qarşı quldurluq əməlləri törədərək pul alıblar.
Digər 3 nəfər həmin il saxlanılaraq barələrində məhkəmə hökmü çıxarılıb. Pərviz Hüseynov isə cinayətdən yayına bilib. O, Rusiya Federasiyasına qaçıb. Bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb.
2015-ci ildə Azərbaycana qayıdan Pərviz Hüseynov saxlanılıb.
Hacı Zeynalov