Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktının elanını davam etdirib.
Dövlət ittihamçısı təqsirləndirilən Teymur Quliyev və Fərhad Atayevə aid olan hissədə ittiham aktını elan edib.
Teymur Quliyev və Fərhad Atayev elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov