9 Mart 2017 14:51
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla adam öldürməyə cəhddə təqsirləndirilən 1960-ci il təvəllüdlü Vidadi Quliyevin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkənim anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 16-a təyin edilib.

İttihama görə, qanlı hadisə Sabunçu rayonunun Ləhiş bağlar sahəsində qeydə alınıb. Bakı şəhər sakini Vidadi Quliyev özünə məxsus bağ evində gözətçi işləyən Lənkəran rayon sakini Elşad Kazımovu güllələyib. Hadisə zamanı hər iki şəxs sərxoş olub.

Sabunçu rayon Polis İdarəsi 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vidadi Quliyev tutulub. Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron və 4 ədəd giliz aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər