Bakının Nizami rayonunda xuliqanlıq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospektində qeydə alınıb.
Həmin ünvanda naməlum 2 nəfər Bakı şəhər sakini Nahid Bəndəliyevi döyüb və mobil telefonunu alıb.
Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Orxan Ələkbərov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.
Hacı Zeynalov