Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Tofiq Babayev özünü yaşadığı evin həyətində asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov