16 Mart 2017 09:14
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Razim Allahverdiyev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Razim Allahverdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Razim Allaverdiyevin kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Hazırda polis cinayəti törədən şəxsi və ya şəxsləri müəyyən etmək üçün əməliyyat tədbirləri görür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər