16 Mart 2017 17:11
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Almaniyadan Azərbaycana sərbəst dövriyyə üçün gətirilən və Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsində olan "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində gömrük orqanına bəyan olunmayan və yükün müşayiət sənədlərində göstərilməyən 49 adda yeyinti məhsullu, müxtəlif yuyucu vasitələr, spirtsiz içkilər və şirələr, dezodorantlar və 4 ədəd velosiped aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər