Bakıda və Bərdədə yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evdə divan, televizor yanıb və yüksək temperaturdan evin tavanı 12 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bərdə rayonu, Əyricə kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 120 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.