20 Mart 2017 12:52
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mənzildən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binəqədi qəsəbəsi, İsfahani küçəsində qeydə alənıb.
Rayon sakini, 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus evdən 5800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlanıb.

Naməlum şəxslər evə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq içəri giriblər.
Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət edib.
Hazırda polis əməkdaşları oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər